Azərbaycan Kubokunun finalında sürpriz qonaq

Azərbaycan Kubokunun finalından öncə konsert proqramı təşkil ediləcək.

Futbolpress.az xəbər verir ki, xalq artisti Aygün Kazımova proqramda iştirak edəcək. Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Konsert proqramı matçdan bir saat öncə – 19:00-da başlayacaq.

Kubokun finalında “Qarabağ” və “Zirə” komandaları üz-üzə gələcək. “Liv Bona Dea Arena”da keçiriləcək görüşə saat 20:00-da start veriləcək.

Biletlər 25 maydan etibarən “Liv Bona Dea Arena” və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satışda olacaq. Bilet qiymətləri 5, 10, 15 və 50 manatdır.