Azərbaycan Kubokunda mübarizə aparacaq komanda sayı bilindi

Futbol üzrə Azərbaycan Kubokunun 2024/2025 mövsümündə 34 komanda mübarizə aparacaq.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Premyer Liqası və I Liqanın hərəsindən 10, II Liqanın isə 14 komandası yarışda iştirak edəcək.

Kubokun final matçı isə 2025-ci il iyunun 1-də olacaq.