Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, yarışın favoriti “Qarabağ” “Qəbələ”ni, “Kəpəz” isə “İmişli”ni məğlub edib.
“Neftçi” “Difai”ni darmadağın edib.
“Zirə” “Şamaxı”ya qalib gəlib.
“Sumqayıt” isə MOİK-i əsas vaxtı bərabərliklə bitən oyunun əlavə vaxtında məğlub edib.
Azərbaycan Kuboku
1/8 final mərhələsi
4 dekabr
16:00 Qəbələ – Qarabağ 0:2
Qollar: Abdullah Zubir, 7, Murad Musayev, 90+1 (avtoqol)
Qəbələ şəhər stadionu
16:00 Kəpəz – İmişli 1:0
Qol:Kərim Lkoça, 84
Tovuz şəhər stadionu
18:00 Neftçi – Difai 6:0
Qollar: Yeqor Boqomolski, 21, 67, Murad Məmmədov, 25 (pen.), Yuri Matias, 27, Ağadadaş Salyanski, 57, Andrey Ştoqrin, 63
“Neftçi Arena”
19:00 Zirə – Şamaxı 3:1
Qollar: Ayron Qomis, 12, Ceyhun Nuriyev, 22, Yusuf Laval, 52 – Konate, 41
Zirə İdman Kompleksinin stadionu
19:00 Sumqayıt – MOİK 3:1
Qollar: Sərtan Taşkın, 30, Sənan Muradlı, 98, Rəhim Sadıxov, 119 – İbrahim Əliyev, 64
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu