Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.
Futbolpress.az xəbər verir ki, birinci oyun günündə üç qarşılaşma keçirilib. Premyer Liqada autsayder olan “Səbail” “Qaradağ Lökbatan”ı məğlub edib.
“Araz-Naxçıvan” “Mingəçevir”i mübarizədən kənarlaşdırıb. “Sabah” isə “Turan Tovuz”la oyunda penaltilər seriyasında qalib gələrək, növbəti mərhələyə yüksələn tərəf olub.
Mərhələnin oyunları bir matçdan ibarətdir.
Azərbaycan Kuboku
1/8 final mərhələsi
3 dekabr
15:00 Qaradağ Lökbatan – Səbail 0:2
Qollar: Emin Rüstəmov, 54, Nihad Quliyev, 62
Baş hakim: Əli Əliyev
“ASCO Arena”
16:00 Araz-Naxçıvan – Mingəçevir 3:1
Qollar: Ülvi İsgəndərov, 9, Benni, 21, Sezar Meza Kolli, 68 – Elmin Bayramov, 80
Baş hakim: Əkbər Əhmədov
“Liv Bona Dea Arena”
18:00 Turan Tovuz – Sabah 2:2 (penaltilər 1:3)
Qollar: Aleks Souza, 28, Oto Con, 113 – Con İrasabal, 45+8, Kupuşoviç, 117
Baş hakim: İnqilab Məmmədov
Tovuz şəhər stadionu