Azərbaycan komandası yarımfinal oyununa çıxacaq

Minifutbol üzrə Çempionlar Liqasında mübarizə aparan “Birbaşa” bu gün yarımfinal oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi Ukraynanın “Andezit” komandası ilə qarşılaşacaq. Görüşə saat 12:00-da start veriləcək.

“Birbaşa” 1/4 finalda Rumıniya təmsilçisi “Nova Vita”nı məğlub edib – 2:1.