Azərbaycan komandası erməniləri məğlub etdi

Gürcüstanın Tbilisi şəhərində təşkil olunan Çimərlik voleybolu üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edən kişilərdən ibarət Azərbaycan komandası bu gün ilk oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, millinin rəqibi Ermənistan təmsilçisi olub. Heydər Məmmədli/Nəriman Bayramlı cütü hər iki hissəni üstün başa vuraraq 2:0 (21:15, 21:13) hesabı ilə qalib qəlib.

Qeyd edək ki, voleybolçuların növbəti rəqibi Ukrayna təmsilçiləri olacaq.