Region Liqasının qalibi “Şimal”ın UEFA Region Kubokundakı rəqibləri məlum olub.
Futbolpress.az xəbər verir ki, Xaçmaz təmsilçisi Gürcüstanın “Football School Bridge” və İsveçin “Göteborq” klubu ilə qarşılaşacaq.
Azərbaycan komandasının ilk oyunu iyunun 28-də gürcülərə qarşı olacaq. Növbəti matç isə iyulun 1-də isveçlilərlə keçiriləcək.