Azərbaycan klubunda gürcü məşqçi

“Quba” basketbol klubu gürcüstanlı məşqçi ilə anlaşıb.

Futbolpress.az xəbər verir ki, baş məşqçi Şəhriyar Əsgərova Vasili Çkareuli kömək edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, mövsümün sonuna qədər “Quba”da işləyəcək. 1997-ci il təvəllüdlü məşqçi ötən mövsümü Gürcüstanın “Suxumi” klubunda basketbolçu kimi keçirib.