Azərbaycan klubu Serbiyadan 2 futbolçu transfer etdi

Yeni mövsümdə II Liqada mübarizə aparacaq “Baku Sporting” heyətini yeni futbolçularla gücləndirib.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda serbiyalı hücumçu Uroş Jemoviç və yarımmüdafiəçi Luka Stevanoviçlə anlaşıb. Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Uroşun son klubu ölkəsində “Dunav Prohovo”, Lukanın isə “Hayduk 1912” olub.