“Şəki” basketbol klubu baş məşqçisi Aleksander Uco ilə yollarını ayırıb.
Futbolpress.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, nigeriyalı baş məşqçi ilə müqavilə müddəti uzadılmayıb.
“Şəki” yeni baş məşqçisinin adını yaxın günlərdə ictimaiyyətə təqdim edəcək.
Bölgə klubu ötən mövsüm Aleksander Uconun rəhbərliyi altında cəmi 1 qələbə qazanıb və komanda Azərbaycan Basketbol Liqasında sonuncu – 10-cu yeri tutub.