“Sabah”ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilən “Junior World Cup” beynəlxalq turnirində iştirak edib.
Futbolpress.az xəbər verir ki, “futuristlər” turnirin qrup mərhələsində Suriyanın “El Nuhbe” (2:2) və Türkiyənin “Kepezaltı” (2:2) komandası ilə heç-heçə edib, yerli “Ortacı Esnaf” komandasına qalib gələrək (4:2) 1/4 finala vəsiqə qazanıb. U-14 bu mərhələdə Türkiyənin “Antalya” komandasına böyük hesabla qalib gələrək (3:0) yarımfinala adlayıb. Bu mərhələdə “Kepezaltı”nı 2:1 hesabıyla üstələyən Şahin Zeynalovun baş məşqçisi olduğu komanda finala vəsiqə qazanıb.
Həlledici matçda “Antalyaspor”la qarşılaşan “Sabah” əsas vaxtı qolsuz bərabərliklə başa çatan oyunun penaltilər seriyasında qalib gələrək çempion olub.