Azərbaycan klublarının ÇL-dəki rəqibləri bilindi

Minifutbol üzrə Çempionlar Liqasında iştirak edəcək təmsilçilərimizin rəqibləri müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, ölkə çempionu “Birbaşa Bakı” E qrupunda “Brno”(Çexiya), “Livorno” (İtaliya), “Malaqa” (İspaniya) komandaları ilə görüşəcək. Ölkə çempionatının gümüş mükafatçısı “AzNur” isə C qrupunda “Andezit” (Ukrayna), “Qalport”(Polşa) və “Les Piopio” (Fransa) kollektivləri ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasının oyunları sentyabrın 5-də Polşanın Varşava şəhərində start götürəcək.