Azərbaycan klubları reytinqdə irəlilədi – kim neçəncidir?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, 504 komandanın yer aldığı siyahıda Azərbaycandan 4 klub düşüb.

Premyer Liqada 2023/24 mövsümünün qalibi “Qarabağ” 14 pillə irəliləyib və 39-cu sırada qərarlaşıb. “Atlılar”ın aktivində 191,25 xal var.

“Zirə” 8 sıra irəliləyib. “Qartallar” 62,5 xalla 361-cidir. 9 pillə irəliləyən “Sabah” isə 60,75 xalla 379-cu pilləni tutub.

Azərbaycan klubları arasında ən aşağı xal isə “Neftçi”dədir. Paytaxt təmsilçisinin aktivində 59,25 xal var və komanda 397-ci pillədə yer alıb. “Neftçi” ötən siyahı ilə müqayisədə 6 sıra irəliləyib.

Reytinq cədvəlinə 371 xalla “Real” başçılıq edir.