Azərbaycan karateçisi bürünc medal qazandı

Azərbaycan Karate Federasiyasının idmançısı Aysu Əliyeva Xorvatiyanın Poreç şəhərində keçirilən Karate 1 Liqa yarışında bürünc medal qazanıb.

Futbolpress.az xəbər verir ki, təmsilçimiz 21 yaşadək idmançıların mübarizəsində fərqlənib.

Qeyd edək ki, komandaya bu yarışda AKF-in baş katibi Qabil Sayadov və gənclərdən ibarət yığma komandamızın baş məşqçisi Anar Allahverdiyev rəhbərlik edir.