Azərbaycan karateçiləri Rusiyaya yollanacaq

Deflimpiya Komitəsinin karate idman növü üzrə idmançıları “Russia Open” beynəlxalq turnirində iştirak edəcəklər

Futbolpress.az xəbər verir ki, karateçilər Səma Tağızadə (47 kq) və Elnur Qasımzadə (67 kq) 27-28 iyul 2024-cü il tarixlərində Rusiyanın Soçi şəhərində keçirilən turnirdə iştirak edərək öz məharətlərini göstərəcək.

Qeyd edək ki, sözügedən beynəlxalq turnir cari ilin 15-20 dekabr tarixlərində Malayziyada keçiriləcək deflimpiya üzrə Dünya Çempionatının hazırlıq mərhələsinin bir hissəsidir.

İdmançılarımızı yarışa məşqçi kimi Seymur Xudaverdiyev çıxaracaq.