Azərbaycan – İsveç: Mahmudov və digərləri

“Sofascore” portalı UEFA Millətlər Liqasının I turunda keçirilən Azərbaycan – İsveç oyununda futbolçuların performanslarını 10 ballıq şkala ilə dəyərləndirib.

Futbolpress.az xəbər verir ki, İsveçin 3:1 hesablı qələbəsiylə başa çatan matçın ən yaxşı oyunçuları Aleksander İsak və Viktor Qyökeres seçilib. Hər iki hücumçunun performansı 9,7 balla dəyərləndirilib. İsak dubl edib, Qyökeres isə komandasının sonuncu qolunu vurub.

Azərbaycan millisinin heyətində isə Emin Mahmudov fərqlənib. Kapitanın çıxışı 7,9 balla qiymətləndirilib və bu, komandadakı ən yüksək göstəricidir. Ən aşağı bal isə Ramil Şeydayevə verilib. Birinci hissədə penaltidən yararlana bilməyən cinah oyunçusunun çıxışı 6 balla dəyərləndirilib.

Azərbaycan millisi növbəti oyununu sentyabrın 8-də Slovakiyaya qarşı keçirəcək.