Azərbaycan idmançıları Parisə yollandı

Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunları davam edir.

Futbolpress.az xəbər verir ki, bu gün səhər Azərbaycanı Paris-2024 Yay Olimpiya Oyunlarında taekvondo idman növü üzrə təmsil edəcək idmançımız Qaşım Maqomedov, onun məşqçisi Məmməd Abdullayev və partnyoru Əliəskər Əliyev Parisə yola salınıb.

Paris-2024 avqustun 11-dək davam edəcək. Azərbaycanın aktivində iki qızıl medal var.