Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Futbolpress.az xəbər verir ki, 86 kq-da yarışan idmançı 1/8 finalda Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gəlib.
Görüş Azərbaycan güləşçisinin qələbəsiylə başa çatıb və o, 1/4 finala yüksəlib. Osmanın növbəti rəqibi San Marinodan olan Maylz Amin olacaq.