Azərbaycan güləşçisi “Paris-2024″ə lisenziya qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (60 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Futbolpress.az xəbər verir ki, 28 yaşlı idmançı Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla buna nail olub. O, yarımfinalda Rumıniya təmsilçisi Razvan Arnauta qalib gəlib.

Azərbaycan Olimpiya Oyunlarına ümumilikdə 21 lisenziya qazanıb.