Akrobatika gimnastikası üzrə milli komandamız Dünya Kuboku seriyasında yüksək nəticələr əldə edib.
Futbolpress.az xəbər verir ki, milli komandamazın kişi cütlüyü Murad Rəfiyev və Daniel Abbasov müvafiq olaraq Bolqarıstan, Portuqaliya və Polşada gümüş, qızıl və bürünc medal qazanaraq Dünya Kuboku seriyasının ümumi nəticəsinə əsasən kuboka layiq görülüblər.
Digər gimnastlarımız Ağasif Rəhimov və Raziyə Seyidli isə Bolqarıstanda qızıl, Portuqaliyada gümüş, Polşada yenidən qızıl medal qazanaraq ötən il qazandıqları Dünya Kuboku seriyasının qalibi adını bu il də qoruya biliblər
Qeyd etmək istərdik ki, onlar 12-15 sentyabr tarixlərində Portuqaliyanın Gimarayş şəhərində keçiriləcək dünya çempionatında mübarizə aparacaqlar.
Azərbaycan gimnastları Dünya Kubokunun qalibi oldu
- 8 İyun 2024, 14:26
- 516
Əlaqəli xəbərlər
Əsas xəbərlər, Ümumi idman
Paris-2024-ün finalçıları Bakıda ustad dərsləri keçəcəklər
13 Noyabr 2024, 22:56