“Araz-Naxçıvan”ın legioneri Felipe Santos ölkəsinin mətbuatına açıqlama verib.
Futbolpress.az xəbər verir ki, Braziliya mediasına danışan vinger Azərbaycandakı durumundan söz açıb:
“Azərbaycana uyğunlaşmam yaxşı keçdi. İki il qaldığım ölkədə üçüncü mövsümümdür. Azərbaycan futbolu inkişaf edir, ölkə komandaları avrokuboklarda mübarizə aparırlar. Braziliyada istedada, Azərbaycanda fiziki futbola üstünlük verirlər”.
Santos “Araz-Naxçıvan”dan öncə “Qəbələ”də forma geyinib. O, bu mövsüm Azərbaycan Premyer Liqasında 21 oyunda 8 qol vurub.