Azərbaycan dünya çempionatına ev sahibliyi edəcək

2026-cı ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb. DÇ-yə ev sahibliyi ilə bağlı Beynəlxalq Cüdo Federasiyası ilə razılıq əldə edilib.

Azərbaycan daha öncə 2018-ci ildə keçirilən dünya çempionatına ev sahibliyi edib.