Azərbaycan çempionatlarında transfer dönəminin müddəti uzadıldı

Futzal üzrə Yüksək və Birinci Liqalarda “yay transfer pəncərəsi”nin vaxtı uzadılıb.

Futbolpress.az xəbər verir ki, iştirakçı komandalar heyətinə qatdığı yeni oyunçuları əvvəlcədən nəzərdə tutulduğu kimi, sentyabrın 20-nə qədər deyil, oktyabrın 10-u saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər.