Azərbaycan boksçuları Qazaxıstanda iki medal qazandı

Qazaxıstanın paytaxtı Astanada boks üzrə “Elorda Cup” beynəlxalq turniri keçirilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisi yarışı 2 medalla başa vurub.

Yığmanın heyətində Murad Allahverdiyev (86 kq) finala kimi irəliləyib. Lakin həlledici görüşdə məğlub olan Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziyaçısı gümüş medal qazanıb.

Digər olimpiyaçı Məhəmməd Abdullayev (+92 kq) də “Elorda Cup”da mükafatçılar sırasında yer alıb. O, turniri bürünc medalla bitirib.