9 yaşadək bamdintonçu qızların şəxsi yarışında Mələk Təhməzli qrup mərhələsini 2 qələbə ilə başa vuraraq uğurlu seriyanın davamını yarımfinalda da gətirib.
Futbolpress.az xəbər verir ki, həlledici görüşdə 3 setin yekununda Kipr badmintonçusuna qalib gələn Mələk Təhməzli turnirin qızıl medalını qazanıb.
13 yaşadək oğlan badmintonçuların qoşa yarışında da gümüş medal Azərbaycan təmsilçilərinin hesabına yazılıb. Mübarizəyə 1/8 finaldan başlayan Ömər Mehdi-Ömər Teymurlu tandemi ardıcıl 3 qələbə sayəsində finala yüksəlib. Bamdintonçularımız qızıl medalın bir addımlığında Macarıstan badmintonçularına uduzaraq bu kateqoriya üzrə yekun sıralamada ikinci sırada qərarlaşıb.
İsmayıl Qarayev və Həsən Məmmədov isə 11 yaşadək oğlan badmintonçuların qoşa yarışında bürünc medal qazanıb.
Xatırladaq ki, il ərzində mütəmadi olaraq bir neçə beynəlxalq turnirdə iştirak edən yeniyetmə badmintonçularımız 2022-ci ildən ənənəvi olaraq keçirilən “Serbian Youth International” turnirinə geniş heyətlə qatılır. 2022-ci ildə qeyd edilən turnirdə bürünc medal qazanan yeniyetmə badmintonçularımız, 2023-cü ildə “Serbian Youth International” turnirində 1 gümüş və 2 bürünc medalla fərqlənmişdi.