Azərbaycan badmintonçuları beynəlxalq turnirdə “gümüş” qazandı

Azərbaycan badmintonçuları Aqil Qabilov və Era Maftuha Uqandanın paytaxtı Kampalada keçirilən “Future” seriyalı “Kampala İnternational 2024” beynəlxalq turnirində gümüş medal qazanıb.

Futbolpress.az xəbər verir ki, mübarizəyə 1/16 finaldan başlayan Aqil-Era tandemi qarışıq qoşa kateqoriyasında ardıcıl 3 qələbə qazanaraq turnirin finalına kimi irəliləyib.

Qızıl medal uğrunda keçirilən qarşılaşmada Malayziya təmsilçiləri Əşrəf Daniel Zakaria-Lim Xuan qoşasına hər iki setdə (18-21,17-21) badmintonçularımız beynəlxalq turnirdə gümüş medal qazanıb.