Polşanın Qdansk şəhərində keçirilən sahil avarçəkməsi və beach sprint üzrə Avropa çempionatında avarçəkənlərimiz uğurlu çıxışları ilə yadda qalıb.
Futbolpress.az xəbər verir ki, yığma komandamızın lideri Diana Dımçenko bir nəfərlik qayıqda əvvəlcə, təsnifat mərhələsində finişə birinci çataraq A finalında iştirak etmək hüququ əldə edib. Finalda 5-ci sırada mübarizə aparan idmançımız İrlandiyadan olan rəqibi Dukarska Monikanı və finlandiyalı rəqibi Karpinen Eavanı geridə qoyaraq fəxri kürsünün birinci pilləsinə yüksəlib.
İki nəfərlik qayıqda Bakı Avarçəkmə və Kanoe İdman (BAKİ) klubunun üzvləri Murad Sadıqov – Boqdan Qladçenko cütlüyü də A finalında mübarizə aparıb. Finalda idmançılarımız 6-cı yerdə qərarlaşıblar.