Azər Bağırov: “Son vaxtlar emosional olmuşam”

“Kəpəz” Premyer Liqanın XIV turu çərçivəsində evdə “Araz-Naxçıvan”a məğlub oldu – 0:2.

Futbolpress.az xəbər verir ki, “sarı-göylər”in çalışdırıcısı Azər Bağırov oyundan sonra qarşılaşma barədə fikirlərini bölüşərək, jurnalistlərin suallarını cavablandırıb:

– Azarkeşlərimizə təşəkkür edirəm. Sona qədər bizə dəstək oldular. Oyuna gəlincə, 2 fərqli hissəyə şahidlik etdik. İlk yarı da istədiklərimiz alınmadı. Birinci hissənin təhliliylə ikinci hissədəki dəyişikliklər təsirini göstərdi. Lakin qolu tapa bilmədik.

 – Sarı vərəqə aldığınız epizodu necə dəyərləndirirsiz?
– Son vaxtlar bir az emosional olmuşam. Bu, köhnə oyunlara nisbətən belədir. Heç bir problem yoxdur. Hərdən emosiyalarımıza hakim ola bilmirik. Hadisələrə dərhal reaksiya veririk. Özümüzü bir az tənzimləməliyik.

– Keçmiş komandanıza qarşı məğlub olmaq sizdə məyusluq yaradır?
– Məğlubiyyətlərin hamısı məyusluq yaradır. Kimə uduzursan, uduz. Amma hər bir halda komandanın adı fərq etmir. Bu gün önəmli olan “Kəpəz”in xal alması idi. Onun üçün də uşaqlara motivasiya vermişdik. Hansı komanda üzərində qələbə qazanacağımızı fərqləndirmirik.

Mirkamal