Azər Bağırov: “Səfərdə 1 xal yaxşı nəticədir”

Azərbaycan Premyer Liqasının XXII turunda keçirilən “Araz-Naxçıvan” – “Kəpəz” (0:0) matçından sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Çətin oyun oldu. Xalsız qayıtmaq istəmirdik. Zədəli oyunçularımız var idi, amma buna baxmayaraq rotasiyalarımızı etdik. Uduza da bilərdik. “Araz-Naxçıvan”ın ustalığı göstərdi ki, futbol oynaya bilirlər. Həm də bizim uşaqlar bu gün vuruşdular. Bəlkə də ilk hissənin sonlarındakı təkbətəki vursaydıq, başqa cür ola bilərdi. Rəqib daha da irəli çıxardı. Lakin elə olmadı. Rəqib ikinci hissəyə daha üstün başladı. Yekunda isə 1 xal qazandıq. Səfərdə 1 xal məncə yaxşı nəticədir.
– Paçu Liranı qorumaq üçün əvəzlədiz, yoxsa gücü qalmamışdı?
– Xeyr, qorumaq üçün deyil. Sadəcə hücumu daha da gücləndirmək istədik. Paçu hücumun axarına açılan oyunçu deyil. Sadəcə vingerlərə dəstək olmaqda daha yaxşıdır. Ancaq Sadiq Şəfiyevdə bir az irəli atılmaq daha qabarıq görünür. Ona görə də daha çox hücumu gücləndirmək istədik.

Mirkamal Kazım