Azər Bağırov qələbəni şərh etdi

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:0 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Bizim üçün oyun çətin başladı. Rəqib ilk dəqiqələrdən yaxşı müdafiə olundu. Birinci hissədə qol epizodlarımız da oldu. Amma reallaşdıra bilmədik. Heyətin 70-80 faizini dəyişmişdik, ona görə də çətinlik yaşadıq. Ümumi götürəndə maraqlı həftə keçirəcəyik. Bazar günü “Zirə” ilə çempionat oyunumuz var. Əsas odur ki, qələbə qazandıq. Zədəsiz növbəti oyuna hazırlaşacağıq”.