Azərbaycan Premyer Liqasının XVII turunun “Neftçi” – “Kəpəz” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib…
“Oyuna yaxşı hazırlaşmışdıq. Sadəcə etdiyimiz texniki səhvlər birinci hissədə iki qol buraxmağımıza səbəb oldu. İkinci hissədə aqressiyanı artırıb, daha yaxşı oynadıq. Qol epizodlarımız oldu, oyun heç-heçə bitə bilərdi. Lakin reallıqla barışmaq, hər situasiyaya hazır olmaq lazımdır”.