Azərbaycan güləş hakimliyi növbəti uğuruna imza atıb.
Futbolpress.az xəbər verir ki, belə ki, ölkəmiz növbəti dəfə hakimlərin timsalında da Olimpiadada təmsil olunacaq.
I-S kateqoriyalı referi Asif Şirəliyev ikinci dəfə Olimpiya Oyunlarında ədaləti qoruyacaq.
Dünya Güləş Birliyi (UWW) geridə qalan yarışlarda idarəçiliyi yüksək qiymətləndirərək həmyerlimizə məsul yarışda etimad göstərib.
Qeyd edək ki, ümumilikdə 39 referi qarşıdan gələn Olimpiadada iş başında olacaq.