Ötən mövsümü “Araz-Naxçıvan”da keçirən Zamiq Əliyev karyerasını Albaniyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, mərkəz müdafiəçisi “Eqnatiya” ilə 3 illik müqavilə imzalayıb.
Əliyev ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində 21 matçda meydana çıxıb.
Hazırda “Boluspor”da forma geyinən Vüsal İsgəndərli də ötən ilin yayından bu ilin yanvarına qədər adıçəkilən klubda çıxış edib.