Azərbaycanın UEDA nümayəndəsi Çexiyaya gedəcək

UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 7-də keçiriləcək “Slaviya” (Çexiya) – “Union” (Belçika) görüşünün UEFA nümayəndəsi olacaq.

Praqa şəhərində yerləşən “Eden Arena”da keçiriləcək matçı almaniyalı baş hakim Tobias Stieler idarə edəcək.