Azərbaycanın kişi para-taekvondoçularından tarixi uğur

Serbiyanın paytaxtı Belqradda keçirilən para-taekvondo üzrə Avropa çempionatına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, turnirdə 3 idmançı ilə çıxış edən milli komandamızın heyətində İmaməddin Xəlilov (-70 kq) qızıl, Əbülfəz Abuzərli (-80 kq) isə gümüş medal qazanıb.

Medalların əyarına görə kişi para-taekvondoçulardan ibarət milli komandamız Avropa çempionu olaraq tarixi uğura imza atıb.

2-ci pillədə Türkiyə, 3-cü pillədə AİN qərarlaşıb.

Milli komanda qitə çempionatında baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında mübarizə aparıb.