Azərbaycanın daha bir para-atleti dünya çempionu oldu

Azərbaycanlı para-atlet Orxan Aslanov Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında T13 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.18 metr nəticə ilə dünya çempionu olub.

Futbolpress.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb. 

Daha əvvəl Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda, Səid Nəcəfzadə isə uzunluğa tullanmada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.