Türkiyənin İstanbul şəhərində güləş üzrə Dünya Olimpiya Təsnifat turniri davam edir.
Futbolpress.az xəbər verir ki, ilk gündə mübarizəya qoşulan Azərbaycanın 4 yunan-Roma güləşçisindən 3-ü yarımfinala adlamağı bacarıb.
Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) bu mərhələyə qədər itkisiz irəlləyib.
Yalnız 97 kq-da mübarizə aparan Murad Əhmədiyev 1/4 finalda mübarizəni dayandırıb.
Beləliklə, mübarizəni davam etdirən Azərbaycanın 3 güləşçisi finala çıxmağı bacararsa, Olimpiya Oyunlarına vəsiqəni təmin edəcəklər.
Görüşlər Bakı vaxtı ilə 19:00-da start götürəcək.
60 kq
Murad Məmmədov – Razvan Arnaut (Ruminya)
87 kq
Rafiq Hüseynov – Laşa Qobadze (Gürcüstan)
130 kq
Sabah Şəriəti – Pavel Qlinçuk (AİN)