Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev kuboku-2024” beynəlxalq turnirində 1/4 final mərhələsinin görüşləri keçirilib.

Futbolpress.az xəbər verir ki, yarışın üçüncü günündə daha 5 çəki dərəcəsində yarımfinalçılar bəlli olub.

20 döyüşün yekununa əsasən ən azı bürünc medalı təmin edən 20 boksçunun adı dəqiqləşib. Onlardan 11-i Azərbaycan millisinin idmançılarıdır.

Boks Mərkəzində keçirilən ənənəvi turnirin dördüncü günündə 16 görüş keçiriləcək.

1/4 final

46 kq

Rüstəm Şahbazov (Azərbaycan) – Emil İsmayılov (Gürcüstan) – 3:2

Nursultan Duyşonaliyev (Qırğızıstan) – Ayxan Həsənov (Azərbaycan) – 0:5

Aidos Ussenov (Qazaxıstan) – Hüseyn Quliyev (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib

Ramiz Danieli (Gürcüstan) – Nurassil Kaiyrqazi (Qazaxıstan) – 4:1

48 kq

Mixail Paprotski (Belarus) – Nihad Qasımov (Azərbaycan) – 0:5

Kərəm Qocayev (Azərbaycan) – Əli Məmmədov (Azərbaycan) – 0:5

Bexultan Xujamjar (Qazaxıstan) – Səid Aslanzadə (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib

Nihad Qasımov (Azərbaycan) – İmran Axundov (Azərbaycan) – 5:0

50 kq

Zakir Həsənzadə (Azərbaycan) – Ceyhun Quliyev (Azərbaycan) – 5:0

Umar Orujbayev (Qırğızıstan) – Ülvü Ələkbərov (Azərbaycan) – 4:1

İsmayıl Rzayev (Azərbaycan) – Kərim Sultanov (Azərbaycan) – 5:0

Beka Okruaşvili (Gürcüstan) – Yerdavlet Atoyov (Qazaxıstan) – 0:5

57 kq

Kutmanbiy Muratov (Qırğızıstan) – Seyidəmir Quliyev (Azərbaycan) – 5:0

Daniil Kalistav (Belarus) – Akjurek Kalabay (Qırğızıstan) – 2:3

Tamerlan Əlimzanov (Azərbaycan) – Nihad Ağayev (Azərbaycan) – 5:0

Şahin Aslanov (Azərbaycan) – Vasil Nikolayenko (Gürcüstan) – 5:0

70 kq

Rza Rzayev (Azərbaycan) – Ülvi Novruzov (Azərbaycan) 5:0

Musa İbadov (Azərbaycan) – Nicat İmanov (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib

Nurassil Karimbek (Qazaxıstan) – Maksim Ribak (Belarus) – 1:4

Umar İmanlı (Azərbaycan) – Mamuka Kakabadze (Gürcüstan) – 0:5