Serbiyada ISF U-15 Gimnaziada İdman Oyunları keçiriləcək.
Futbolpress.az xəbər verir ki, oyunların cüdo yarışları 11-12 apreldə Luçani şəhərində baş tutacaq.
Azərbaycanı yarışda 18 çəki dərəcəsində 18 cüdoçu (9 oğlan, 9 qız) təmsil edəcək.
Gimnaziadada Azərbaycan Cüdo Federasiyasının “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Bəhriyyə Hüseynova ədalət təmsilçiləri arasında yer alacaq.