Aprelin 7-dən 13-dək Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatı keçiriləcək.
Futbolpress.az xəbər verir ki, “X-Bionic” İdman Kompleksində keçiriləcək qitə birinciliyinin ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında bu heyət AÇ-də çıxış edəcək:
57 kq İslam Bazarqanov
61 kq Nürəddin Novruzov
65 kq Əli Rəhimzadə
70 kq Kənan Heybətov
74 kq Ağanəzər Novruzov
79 kq Orxan Abasov
86 kq Arseniy Djioyev
92 kq Osman Nurmaqomedov
97 kq Abubakr Abakarov
125 kq Giorgi Meşvildişvili
Daha sonra baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 qadın güləşçi xalçaya çıxacaq:
55 kq Elnurə Məmmədova
57 kq Jalə Əliyeva
59 kq Alyona Kolesnik
62 kq Ruzanna Məmmədova
Yarışın sonlarında isə yunan-Roma güləşçiləri uğur qazanmağa çalışacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev, Kamran Məmmədov və Elvin Mürsəliyevin rəhbərlik etdiyi heyətdə aşağıdakı güləşçilər yer alıb:
55 kq Eldəniz Əzizli
60 kq Nihat Məmmədli
63 kq Murad Məmmədov
67 kq Həsrət Cəfərov
72 kq Ülvü Qənizadə
77 kq Sənan Süleymanov
82 kq Qurban Qurbanov
87 kq İslam Abbasov
97 kq Murad Əhmədiyev
130 kq Beka Kandelaki
Görüşlər hər gün Bakı vaxtı ilə saat 12:30-da start götürəcək. Yarımfinallar 18:45-də, medallar uğrunda qarşılaşmalar isə 20:00-da başlayacaq.
Avropa çempionatında I-S kateqoriyalı hakimlər Asif Şirəliyevlə Sədi Quliyev ədaləti qoruyacaq.