“Azərbaycanda bu sahəyə böyük diqqət var” – federasiya prezidenti

2025-ci ildə minifutbol üzrə dünya çempionatı Bakıda keçiriləcək.

Futbolpress.az xəbər verir ki, bu münasibətlə “BAKI-2025″in təqdimat mərasimi keçirilib. Tədbirdə Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda da iştirak edib. Funksioner mərasimdə fikirlərini bölüşüb:

“Burada çox yaxşı infrastruktur yaradılıb. İdmançılar inkişaf edə bilir. 2017-ci ildə Minifutbol Federasiyası yaradırlarkən Orxan Məmmədovla görüşdüm. Gördüyüm inkişafdan olduqca məmnunam. Əlbətdə əsas məqam yarışların təşkilidir. Azərbaycanda bu sahəyə böyük diqqət var. Ölkənizdə minifutbol inkişafdadır və bu yolda Gənclər və idman nazirliyinin də böyük rolu var”.

Məlik Məlikov