Azərbaycana qol vuran hücumçu: “Yaxşı oynadıq”

Slovakiya millisinin futbolçusu David Strelek UEFA Millətlər Liqasında Azərbaycan qalib gəldikləri görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, 2:0 hesabıyla bitən matçda komandasının ikinci qolunu vuran hücumçu bunları deyib:

“Yaxşı oynadıq. Stadionda möhtəşəm atmosfer var idi. 26 il idi, bu arenada oynamırdıq və azarkeşləri sevindirmək üçün yaxşı səbəbimiz var idi. Mövsümə əla başladıq. Komandam üçün əlimdən gələn hər şeyi edəcək”.