“Azərbaycana daha çox qol vura bilərdik”

Belarus millisinin hücumçusu Vitali Lisakoviç Azərbaycana qalib gəldikləri yoldaşlıq oyunundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, forvard 2:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Ölkəmizi qələbə münasibətilə təbrik edirəm. Bu il millidə ikinci oyunumu keçirdim və xoşbəxtəm. Azərbaycana daha çox qol vura bilərdik. Düşünürəm ki, hər şey yaxşı olacaq, hamı xoşbəxtdir”.