Azərbaycana 5 qol vurdu, bombardir oldu

UEFA Millətlər rLiqasında 2024/25 mövsümü başa çatıb.

Futbolpress.az xəbər verir ki, turnirin bombardiri Viktor Qyökereş olub. İsveç yığmasının hücumçusu siyahını 9 qolla birinci pillədə tamamlayıb.

İsveç millisi turnirdə Estoniya, Slovakiya və Azərbaycanla mübarizə aparıb. Qyökereş millimizə qarşı keçirilən 2 oyunda 5 qol vurub.

Turnirin qalibi olan Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo isə 8 qolla ikinci sırada qərarlaşıb.