Azərbaycan yığmasının oyunu bolqarlara tapşırıldı

AVRO-2026-nın əsas mərhələsinin V qrupu çərçivəsində keçiriləcək Yunanıstan – Azərbaycan oyununa təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, Afinada baş tutacaq matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Yunanıstan – Azərbaycan
AÇ-2026. Əsas mərhələ. V qrup

11 mart. Afina. DAİS İdman Arena. Saat 21:00
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvan İvanov
(Hakimlər briqadası Bolqarıstandandır)
Hakim-inspektor: Sven Eichler (Almaniya)