Azərbaycan yığmasının Kipr sınağı

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz meydan sahibi Kipr yığması ilə üz-üzə gələcək. Pafos şəhərində yerləşən “Peyia Municipal” stadionunda təşkil olunacaq qarşılaşmanı ukraynalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Azərbaycan yığması bundan əvvəl İsveçrəyə 0:8, Estoniyaya isə 0:3 hesabıyla uduzub.