Azərbaycan yığmasından heç-heçə

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan millimiz son görüşündə Uels yığması ilə üz-üzə gəlib. Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunan qarşılaşma 0:0 hesablı heç-heçə yekunlaşıb.

Qeyd edək ki, U-17 qrupun ilk oyununda Albaniya (1:4) ilə qarşılaşıb.

Uels (U-17) – Azərbaycan (U-17) – 0:0
Qolla nəticələnməyən penalti: Loue Bredberi, 37

Uels (U-17): 1. Elliot Meredit, 3. Kaven Bloniarçik (7. Aleks Qudfey, 89), 5. Noah Uilyams, 14. Karter Heyvud, 11. Tomas Darden, 16. Uilyam Qraynier (20. İsaak Ebbott, 89), 6. Lennon Moss, 18. Oliver Neuman (4. Milo Robinson, 73), 10. Aleksander Marçiniak, 19. Kallum Cons (17. Hayden Ollmark, 46), 9. Loue Bredberi

Azərbaycan (U-17): 22. Elbrus Kərimov, 3. Murad Qurbanov (2. Nadir Nəsibli, 69), 4. Tuncay Əhmədov, 5. Amin Rzayev, 8. Abdulaziz Cabbarlı (6. Ariz Kərimov, 60), 10. Əli Qazibəyov, 16. Tunar Muradov (13. Səttar Tahirzadə, 75), 18. Həzrət Səmədov, 19. İbrahim Babayev (17. Vüsal Kərimov, 69), 20. Əhməd Vəliyev, 9. Tunar Rzayev (7. İslam Həsənov, 46)