19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində son oyununu keçirəcək.
Futbolpress.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan millimiz üçüncü matçında Monteneqro yığması ilə üz-üzə gələcək. Albaniyanın paytaxtı Tiranada yerləşən “House of Football Natural Pitch” stadionunda təşkil olunacaq qarşılaşmanı rumıniyalı baş hakim idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
24 fevral
Azərbaycan (U-19 Qadınlar) – Monteneqro (U-19 Qadınlar)
“House of Football Natural Pitch stadionu”. Saat 17:30
Baş hakim: Roxana Recorean (Rumıniya)
Baş hakimin köməkçiləri: Andreea Daniela Şuşcă (Rumıniya), Paola Shyle (Albaniya)
Dördüncü hakim: Kejsi Tafili (Albaniya)