19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının əsas mərhələsində son oyununu keçirəcək.
Futbolpress.az xəbər verir ki, 7-ci qrupda yer alan U-19 Xorvatiyanın Omiş şəhərindəki üçüncü matçında Türkiyə yığması ilə qarşılaşacaq.
Ribnjak İdman Sarayında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Azərbaycan (U-19. Futzal) – Türkiyə (U-19. Futzal)
29 mart. Ribnjak İdman Sarayı. Saat 19:00
Hakimlər: Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Chita (Rumıniya)
Timekeeper: Luka Kovač Levantin (Xorvatiya)
Hakim-inspektor: Victor van Helvoirt (Niderland)
UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya)