Azərbaycanın U-21 yığması bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Serbiya seçməsi ilə qarşılaşıb. “Liv Bonadea Arena”da keçirilən görüş rəqibin qələbəsiylə başa çatıb – 0:2.
Azərbaycanın U-21 yığması bundan əvvəl Lüksemburqa uduzub. Komanda 7 oyundan sonra 3 xalla sonuncu – 6-cı sıradadır.
Avropa çempionatı
Seçmə mərhələ
10 sentyabr
19:00 Azərbaycan U-21 – Serbiya U-21 0:2
Qollar: V.Yuryeviç, 26, Miyatoviç, 40